Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib. Bu barədə qurumun teleqram kanalında bildirilib. “İyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat etmişlər. Faktla bağlı araşdırma aparılır. Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd olunub. Mayor Baxış Baxışlı (soldakı şəkil) Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq. Allah rəhmət eləsin!
    3 комментария
    10 классов
    Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq, amma bunun vaxtı hələ müəyyən edilməyib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də ölkə parlamentində danışıb. Hələ bu ilin fevralında N.Paşinyan ölkənin KTMT üzvlüyünün dondurulduğunu elan edib. Mayın əvvəlində isə Ermənistan hakimiyyəti KTMT-nin maliyyələşdirilməsində iştirak etməyəcəklərini açıqlamışdı.
    1 комментарий
    4 класса
    Azərbaycanda bəzi cərimələr artırılacaq və bəzi yeni cərimələr əlavə olunacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Təklif edilən dəyişikləri sizə təqdim edirik: ⚡️ Avtobus yoluna girənlər 100 manat cərimə ediləcək. ⚡️ “Qırmızı”da keçənlər 100 manat cərimələnəcək. ⚡️ Saxta parkovşiklər 200 manat məbləğində cərimə olunacaqlar. ⚡️ Velosiped yoluna girənlər 100 manat cərimə olunacaq. ⚡️ “Prava”sız maşın sürənlər 200 manat cərimə ediləcək.
    2 комментария
    6 классов
    Xocalı hava limanında Rusiya sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdən sonra sülhməramlılara məxsus hərbi texnika bölgəni tərk edib. Xatırladaq ki, aprelin 17-də Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin çıxarılmasına başlanılıb. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib.
    1 комментарий
    7 классов
    Ermənistanlı keşiş yenə sərsəm bəyanatlar verib
    1 комментарий
    7 классов
    Kremlə yaxın mənbələrdən verilən məlumata görə, Rusiya prezidenti Vladimir Putin hazırkı cəbhə xətlərini tanıyan atəşkəs sazişi bağlamağa hazırdır.  “Reuters“in yaydığı məlumata görə, döyüşlərin davam etmə ehtimalına baxmayaraq, Putin münaqişəni diplomatik danışıqlar yolu ilə dayandırmağa üstünlük verəcək. Daxili mənbələr Rusiya liderinin Qərbin dəstəklədiyi danışıqların pozulması və Ukrayna prezidenti Vladimir Zelenskinin dialoqdan imtina qərarından məyus olduğunu bildirib. Putinin mətbuat katibi Peskov vurğulayıb ki, Rusiya "əbədi müharibəyə" can atmır və sülh həllinə nail olmaq üçün dialoqa açıqdır. Mənbələrin bildirdiyinə görə, Rusiya rəhbərliyi qələbəni rus xalqına “satmaq” üçün kifayət qədər hərbi uğurlar əldə edildiyinə inanır. Onlar həmçinin qeyd edirlər ki, gələcək hər hansı mühüm hərbi uğur üçün yeni milli səfərbərlik tələb olunacaq, Putin populyarlığına və Rusiyanın daxili sabitliyinə mənfi təsir göstərdiyinə görə bundan qaçmaq istəyir. Andrey Belousovun müdafiə naziri təyin edilməsi ilə bəzi Qərb analitikləri bunu Rusiya iqtisadiyyatının daimi hərbi rejimə keçidi kimi qiymətləndirirlər. Bununla belə, mənbələr iddia edir ki, Kreml rəhbəri münaqişəni dayandırmaq üçün mövcud vəziyyətdən istifadə etməyə üstünlük verəcək. Sülh danışıqlarının perspektivləri qeyri-müəyyən olaraq qalır, çünki Zelenski dəfələrlə Putinin şərtləri ilə sülh ideyasını rədd edib və bütün itirilmiş ərazilərin qaytarılmasında israr edir. Rusiya prezidenti isə 2022-ci ildə rəsmi olaraq Rusiyanın tərkibinə daxil olan dörd Ukrayna regionunun əhəmiyyətli hissəsini saxlayaraq hazırkı cəbhə xəttini tanımağa və münaqişəni dondurmağa hazırdır.
    15 комментариев
    18 классов
    15 комментариев
    477 классов
    Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən daha bir şəhidimiz Səbuhi Yamən oğlu Süleymanov öz doğma kəndində torpağa tapşırılıb. Şəhidlə vida mərasimində doğmaları, rayon rəhbərliyi, din xadimləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edib. Şəhid Səbuhi Süleymanov Şəkinin Cəfərabad kənd qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, Səbuhi Süleymanov 1972-ci il martın 9-da Şəkinin Cəfərəbad kəndində anadan olub. O, 1992-ci il dekabr ayının 25-də Ağdərə rayonunun Qozlu kəndi istiqamətindəki döyüşlərdə itkin düşmüş hesab olunurdu. Səbuhi Süleymanov naməlum şəhid kimi Tərtər şəhərindəki Şəhidlər xiyabanında dəfn olunmuşdu.
    6 комментариев
    37 классов
    Azərbaycan Mərkəzi Bankının yeni binasının tikintisinə ayrılan vəsaitin həcmi 637 milyon manata çatıb. AMB-nin Bakı şəhəri Nizami rayonunda yerləşən yeni inzibati binasının inşası üzrə baş podratçı təşkilatla bağlanılmış müqaviləyə əsasən 242,1 milyon manat və tikinti smetalara daxil olmayan digər kapital qoyuluşlarına aid yerinə yetirilmiş işlərə 39,8 milyon manat ayrılıb. Yeni binanın təhvil verilməsi üçün baş podratçı təşkilatla bağlanılmış müqavilə çərçivəsində yerinə yetiriləcək işlər üzrə 355,1 milyon manat ayrılması nəzərdə tutulub. Bundan əlavə, Xəzinə Mərkəzinin müvafiq avadanlıqla təchizi və quraşdırılması, habelə inzibati binanın mebel və avadanlıqla təmin edilməsi üçün 132,9 milyon manat xərclənəcək. Xərclənən və xərclənməsi nəzərdə tutulan vəsaitlərin toplam həcmi 636,99 milyon manat təşkil edir.
    1 комментарий
    5 классов
    4 комментария
    153 класса
Показать ещё