Səbr etdim yenədə səni gözlədim,
Sənin eşqinlə mən fəryad elədim,
Sevirəm sözunu sənə söylədim,
Eşqimi cavabsız qoydun sevgilim...
Oturub indi də səni gozlədim,
Məhəbbət yolunu indi duşundum,
Mən səni sevərək dillərə duşdum,
Eşqimi cavabsiz qoydun sevgilim...
Alışdım-odlandım mən birdən-birə,
Dolaşdım dunyanı mən eldən elə,
Quş kimi qonaraq mən gulden gulə,
Eşqimi cavabsız qoydun sevgilim...
Məni sevdiyimə umid edimmi?
Yalnız urəyimi sənə verimmi?
Sevirəm sözunu sənə deyimmi?
Eşqimi cavabsiz qoydun sevgilim...