Предыдущая публикация
Deyirsən ki,qəmdən yazma bu qədər.
Göydən qəm ələnir, bəs nədən yazım?!.
Kədərin, qüssənin, qəmin yağışı,
Başıma ələnir, bəs nədən yazım?!.
Haqdan, ədalətdən əsər görünməz,
Tufan qopar, yellər əsər görünməz.
Cəlladın xəncəri kəsər görünməz,
El, oba talanır, bəs nədən yazım?!.
Millətdə çevrilib qula, satılır.
Bakirə ərkana, dula satılır.
Cavan qiz-gəlinlər pula satılır,
Qocalar dilənir, bəs nədən yazım?!.
Bacarmıram, necə arsız olum mən?
Necə dönük, etibarsız olum mən?
Zirvəyəm mümkünmü qarsız olum mən?
Hey yağır,qalanır, bəs nədən yazım?!.
Hər şey açıq bazar olubdu,
Qanan kəslər candan bezar olubdu.
Aydın yaman dili azar olubdu,
Zəhərə bələnib, bəs nədən yazım?!.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1
Optimist ol ruhdan düşmə. Bu fani dünyadı qardaş. Calış yaxşı şeyləri görəsən. Ən pisi odur ki, xaş yeyib araq icəsən sənə də həkim bunları yasaq eləyə.