Предыдущая публикация
(Rəməl)
***
Bu mənin Sənsən, əzizim, ən əziz Yarı bu gün,
Sən asan eyləyəcəksən mənə düşvarı bu gün.
Gözümün nurunu verdim güli-rə’nalər üçün,
Məni dərk etmədilər, kəsdim o rəftarı bu gün.
Baxıram gözlərinə, Gün kimi aydın görürəm
Alilər Alisini, Eşqə Tərəfdarı bu gün.
Dəli dəryalərə baş vurmuşam, ey şux, və budur,
Bulmuşam gör nə gözəl lö’löi-şəhvarı bu gün.
Zülfünü boynuma zəncir elə, divanəni tut,
Zövq alar ruhum, əgər öpsəm o şahmarı bu gün.
Səni gördüm, qəmimi yellər alıb qeyb elədi,
Buldum axır ki bu mən qəlbimə qəmxarı bu gün.
Mən neçün dərd eləyim? — Zövqümə uyğundu həyat,
Ömrümün, Yavər Həsən, var belə me’marı bu gün.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев