Əziz dostlar! Uzun illərdir ki, Həzi Aslanovun sifarişlə öldürülməsi barədə söz-söhbətlər gəzsə də, maraqlıdır ki, müstəqilliyimizi qazanandan sonra da Yaqub Mahmudlunun başçılıq etdiyi Azərbaycan tarixşünaslığı bu hadisəni açıb -ağartmaq istəmir. Hələ 6 yaşım olanda, İkinci Dünya müharibəsində iştirak edib ağır yaralanmış mərhum atam mənə Həzi Aslanovun erməni Baqramyan tərəfindən öldürülldüyünü demişdi. Ona görə də, uzun illər ərzində topladığım sənədli məlumatları Sizin nəzərinizə çatdırıram.
GENERAL HƏZİ ASLANOV ERMƏNİ XİSLƏTİ İLƏ
ÖLDÜRÜLMÜŞDÜR
1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olan Həzi Aslanov Ikinci Dünya Müharibəsində rəşadətli fəaliyyəti