Предыдущая публикация
Qar yağıb gilənar ağaclarına, –
çiçək qarı.
Çiçək açıb gilənar ağaclarının arzuları.
Hər çiçək – beş ləçək,
bir-birindən bəyaz,
bir-birindən göyçək
miniatür şeir vərəqləri,
təbiətin gözəllik
və xeyir vərəqləri.
Nəzərlərim miniatür şeirlər yazır
gilənar çiçəklərinin
bəyaz ləçəklərinin üstünə, –
özü özünü oxuyan şeirlər.
Bu gecə yuxunda
çiçəklərlə nəqşlənmiş
gilənar ağacları görəcəksən.
Bu gecə sübhə qədər
miniatür-miniatür şeirlər
növbəylə yaxınlaşıb
oxuyacaq özünü,
çatdıracaq ürəyimin sözünü Sənə.
Ürəkdə, başda Sənsən,
hamıdan başda Sənsən.
Hamının bənzəri var,
Sənin yox, başqasan Sən.
Gecən xeyirli,
yuxun şeirli olsun,
BƏNZƏRSİZ BİRDƏNƏM!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев