Предыдущая публикация
(Həzəc)
***
Qəm süfrəsi açdım, durum iftar eləyim mən,
Bilməm kimə öz dərdimi izhar eləyim mən.
Həqq olduğum isbat ilə təsdiqdir, ey adəm,
Fikrimdə günahdırmı ki, israr eləyim mən?
Kim sirrimi bildi, mənə yad oldu, gərəkdir
Bir sirrimi yüz sirr edib əsrar eləyim mən.
Dəhşətdi hər addımda ölüm kölgəsi görmək!
Ya Rəb, mənə Yar ol, mıxı mismar eləyim mən.
Mən məndə qərar tutmadım, ey Sən, Sənə gəldim,
İnsafdımı, Aşiqlik üçün ar eləyim mən?
Min şər yaxacaqlar mənə şeytanə uyanlar,
Ol kəsləri, fikrim budu ki, xar eləyim mən.
Varlıqda nə var varlığı var etməyə, Yavər,
Yoxluqda gərək varlığımı var eləyim mən.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев