Предыдущая публикация
(Rəməl)
***
Dözmədim, dərdimi dildarə dedim, dinmə dedi,
Bəxtimi zülfü kimi qarə dedim, dinmə dedi.
Yox müalicdən əlac, dərdimi artıqraq edir,
Sən mənim dərdimə qıl çarə dedim, dinmə dedi.
Xaliqin Nur gülü xəlq eyləyib, ey Yar, Səni,
Qiyma meylin yönələ xarə dedim, dinmə dedi.
Könlümün ayinəsi daşə dəyən şişə kimi,
Qorxuram ki, ola sədparə dedim, dinmə dedi.
Qanlı güllərtək açılmış sinəmin yarələri,
Nəqşdir sinəmə hər yarə dedim, dinmə dedi.
Bircə yol vəslin ilə şad elə bu naşadı,
Çəkilir hicrin ilə darə dedim, dinmə dedi.
Əql yar oldu, hamı gün-güzəran buldu, mənəm,
Yavəra, dəhrdə avarə dedim, dinmə dedi.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев