Предыдущая публикация
Bu Gecəni çoxlu Dua və İbadətlə keçirin ki, ALLAH Bizləri Bağışlasın və hər iki Dünyamızı Bərəkətil etsin in şa ALLAH.
https://www.youtube.com/shorts/re5-pY6KDRQ?feature=share
https://www.youtube.com/shorts/KfgysdTwNSs?feature=share
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3
#QƏDİR_GECƏSİ
(34) Şeyx Useymin (Rahiməhullah) belə deyir:
Qədir gecəsinin bu adla adlandırılmasının, iki səbəbi vardır
Birincisi: Bu gecənin qədrinin dəyərli və şərəfili olması səbəbindən,
İkincisi də: Bu gecədə qədərin təyin edilməsi vardır. Bu gecədə, bir ilin qədəri təyin edilir.
(شرح البلوغ (7/545)
Qədir gecəsinin başlama vaxtı, günəşin batmasıyla, ta fəcrin girməsinə kimi davam edir.
(شرح البلوغ 548/7.)
Qədir gecəsində etikafa girmək, şərt deyildir. İnsana öz evində də, gecəni ehya edərək ibadətdə keçirə bilər.
(شرح البلوغ 548/8.)
Qədir gecəsinin, Ramazan ayının axır on gecələrində olmasında heç bir şək şübhə yoxdur. Ayın iyirmi birinci gecəsindən, Ramazanın axırıncı gününə gədər davam edir. Bu gecələrin birində qədir gecənin olması ehtimal olunur. Bəzi gecələrin, bəzilərindən daha dəqiq qədir gecəsinin olması bizlərə bəllidir...
Mən deyirəm ki, axır on gündə qədir gecəsini axtarın və tək gecələrdə olması ehtimalı dah...Ещё#Ramazanda_faydalanaq_və_faydalandıraq.
#QƏDİR_GECƏSİ
(34) Şeyx Useymin (Rahiməhullah) belə deyir:
Qədir gecəsinin bu adla adlandırılmasının, iki səbəbi vardır
Birincisi: Bu gecənin qədrinin dəyərli və şərəfili olması səbəbindən,
İkincisi də: Bu gecədə qədərin təyin edilməsi vardır. Bu gecədə, bir ilin qədəri təyin edilir.
(شرح البلوغ (7/545)
Qədir gecəsinin başlama vaxtı, günəşin batmasıyla, ta fəcrin girməsinə kimi davam edir.
(شرح البلوغ 548/7.)
Qədir gecəsində etikafa girmək, şərt deyildir. İnsana öz evində də, gecəni ehya edərək ibadətdə keçirə bilər.
(شرح البلوغ 548/8.)
Qədir gecəsinin, Ramazan ayının axır on gecələrində olmasında heç bir şək şübhə yoxdur. Ayın iyirmi birinci gecəsindən, Ramazanın axırıncı gününə gədər davam edir. Bu gecələrin birində qədir gecənin olması ehtimal olunur. Bəzi gecələrin, bəzilərindən daha dəqiq qədir gecəsinin olması bizlərə bəllidir...
Mən deyirəm ki, axır on gündə qədir gecəsini axtarın və tək gecələrdə olması ehtimalı daha çoxdur. İyirmi yeddinci gecə isə, daha çox ehtimal olunan gecələrdəndir.
(شرح البلوغ. (7/550) (557/7) (567/7).)
İbn Həcər belə demişdir:
"Qədir gecəsinin təyini üzərə, Alimlər qırx rəy söyləmişlərdir".
Şeyx Useymin İbn Həcərin sözünə təliqan deyir:
"Subhanallah! Bu qəribə bir haldır! Alimlər, Qədir gecəsinin hansı gecədə olduğu barədə qırx görüş üzərə ixtilaf etmişlərdir. Baxsaq görərik ki, Ramazan otuz gündür, qədir gecəsi isə on gün.
Qardaşlarım: Bu gecədə göy səmasında bir qapı açılar və ora Allaha əziz olanlar yaxınlaşar, elə isə bu gecədə var gücünüzlə özünüzü ibadətə verin və ibadətdən aciz qalmayın. Qafillikdən və tənbəllikdən uzaq olun.
(مجالس رمضان ص164.)
Bu gecədə ediləcək ən əfzəl dua budur necə ki, Rəsulullah ﷺ demişdir:
( اللهم إِنَّكَ عَفُوٌ تُحِبُ العَفْوَ فَاعْفُ عَنِّي )
( Ey Allahım! Həqitən Sən, çox bağışlayansan və bağışlamağı sevənsən, məni bağışla! )
ət-Tirmizi 3513. İbn Məcə 3850. Səhih sənədlə.
Bəzi insanlar deyirlər ki, qədir gecəsi şaban ayının ortası gecəsidir, bunun heç bir əsli olmamaqdadır.
(تفسير جزء عم ص 273.)
Bu axır on gündə insanların etdikləri bir xəta vardır ki, onu sizlərin nəzərinizə çatdırmaq istəyirəm, o da ayın iyirmi yeddinci gecəsini seçərək o gündə ümrə edilməsidir. İyirmi yeddinci gecəni, seçərək ümrə etmək bidətdir. Çünki Rəsulullah ﷺ iyirmi yeddinci gecəni, ümrə üçün xaslaşdırmamışdır. Rəsulullahın ﷺ bizlərə əmri, iyirmi yeddinci gecəni ehya edərək ibadətdə keçirməyimizi buyurmasıdır.
(تفسير جزء عم 278.)
Allah cümləmizi qədir gecəsində ibadət etməyə müvəffəq etsin.
Amin əcməin.
3- باب:
الْعَمَلُ فِى الْعَشْرِ الأَوَاخِرِ مِنْ رَمَضَانَ
976 - عَنْ عَائِشَةَ قَالَتْ: كَانَ النَّبِىُّ إِذَا دَخَلَ الْعَشْرُ شَدَّ مِئْزَرَهُ، وَأَحْيَا لَيْلَهُ، وَأَيْقَظَ أَهْلَهُ. [رواه البخاري: 2024]
976. Rəvayət edilir ki, Aişə(radıyallahu anhə) demişdir: “(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər(sallallahu aleyhi və səlləm)belbağını bərk-bərk bağlayardı[3] və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər).” (əl-Buxari, 2024)
Aişə (Allah ondan razı olsun!) rəvayət edir ki, «Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Ramazanın axır on gününün tək günlərində Qədr gecəsini tapmaq üçün səy göstərin!"» (əl-Buxari, 2017; Müslim, 2755, 2759)