FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’lün
(Rəməl)
***
Könlümün sevgili cananı, əzizim, Sənsən,
Canımın, canım üçün canı, əzizim, Sənsən.
Sənin Eşqinlə könül sinədə çırpınmadadır,
Qanımın cismdə dövranı, əzizim, Sənsən.
Hamını, hər kəsi çevrəmdən uzaq saxlamışam,
Ömrümün hər tərəf, hər yanı, əzizim, Sənsən.
Sinəmə hicrin ilə dağ çəkilib, məmnunam,
Sinəmin dağdakı ceyranı, əzizim, Sənsən.
Bu cahan mülkü dənizdirsə, bunun şahanə,
Şübhəsiz, dürrü və mərcanı, əzizim, Sənsən.
Dərdim olsa nə qədər, dərdimi dərd eyləmərəm,
Dərdimin bal kimi dərmanı, əzizim, Sənsən.
Hər sözün Yavərə qanundu Sənin, çünki onun
İki aləmdəki sultanı, əzizim, Sənsən.
FA’ilAtün fə’ilAtün fə’ilAtün fə’ilün (Rəməl) *** Bu mənin Sənsən, əzizim, ən əziz Yarı bu gün, Sən asan eyləyəcəksən mənə düşvarı bu gün. Gözümün nurunu verdim güli-rə’nalər üçün, Məni dərk etmədilər, kəsdim o rəftarı bu gün. Baxıram gözlərinə, Gün kimi aydın görürəm Alilər Alisini, Eşqə Tərəfdarı bu gün. Dəli dəryalərə baş vurmuşam, ey şux, və budur, Bulmuşam gör nə gözəl lö’löi-şəhvarı bu gün. Zülfünü boynuma zəncir elə, divanəni tut, Zövq alar ruhum, əgər öpsəm o şahmarı bu gün. Səni gördüm, qəmimi yellər alıb qeyb elədi, Buldum axır ki bu mən qəlbimə qəmxarı bu gün. Mən neçün dərd eləyim? — Zövqümə uyğundu həyat, Ömrümün, Yavər Həsən, var belə me’marı bu gün.
Məf’Ulü məfA’İlü məfA’İlü fə’Ulün (Həzəc) *** Qəm süfrəsi açdım, durum iftar eləyim mən, Bilməm kimə öz dərdimi izhar eləyim mən. Həqq olduğum isbat ilə təsdiqdir, ey adəm, Fikrimdə günahdırmı ki, israr eləyim mən? Kim sirrimi bildi, mənə yad oldu, gərəkdir Bir sirrimi yüz sirr edib əsrar eləyim mən. Dəhşətdi hər addımda ölüm kölgəsi görmək! Ya Rəb, mənə Yar ol, mıxı mismar eləyim mən. Mən məndə qərar tutmadım, ey Sən, Sənə gəldim, İnsafdımı, Aşiqlik üçün ar eləyim mən? Min şər yaxacaqlar mənə şeytanə uyanlar, Ol kəsləri, fikrim budu ki, xar eləyim mən. Varlıqda nə var varlığı var etməyə, Yavər, Yoxluqda gərək varlığımı var eləyim mən.
*** Qar yağıb gilənar ağaclarına, – çiçək qarı. Çiçək açıb gilənar ağaclarının arzuları. Hər çiçək – beş ləçək, bir-birindən bəyaz, bir-birindən göyçək miniatür şeir vərəqləri, təbiətin gözəllik və xeyir vərəqləri. Nəzərlərim miniatür şeirlər yazır gilənar çiçəklərinin bəyaz ləçəklərinin üstünə, – özü özünü oxuyan şeirlər. Bu gecə yuxunda çiçəklərlə nəqşlənmiş gilənar ağacları görəcəksən. Bu gecə sübhə qədər miniatür-miniatür şeirlər növbəylə yaxınlaşıb oxuyacaq özünü, çatdıracaq ürəyimin sözünü Sənə. Ürəkdə, başda Sənsən, hamıdan başda Sənsən. Hamının bənzəri var, Sənin yox, başqasan Sən. Gecən xeyirli, yuxun şeirli olsun, BƏNZƏRSİZ BİRDƏNƏM!
TƏBİƏT NƏ İSƏ DEMƏK İSTƏYİR... İldırımlar şaxır şaraqqaşaraq, küləklər yüyürür dağlar aşaraq. Göyün sinəsində qucaqlaşaraq buludlar ağlayıb kömək istəyir, təbiət nə isə demək istəyir. Gəlir bərabərdi burda çıxara, o yağış suyudu dönür buxara. Ağaclar üzünü tutub bahara özünə bir yaşıl köynək istəyir, təbiət nə isə demək istəyir. Əyri göstərməsin doğrunu güzgün, torpaqdan kim olmaq istəyir sürgün? Ən hündür zirvəyə qalxan da bir gün ən hündür zirvədən enmək istəyir, təbiət nə isə demək istəyir. Susayan gözünü dikib yağana, Saığmayan mərhəmət edir sığana. Günəş gözləriylə baxıb cahana hər kəsi, hər şeyi görmək istəyir, təbiət nə isə demək istəyir. Dünyanın üzünə dağılan sükut, zülmət qəf